DÇ-2018

Zlatko Daliç: “Dünya çempionatının finalında belə penalti verməzlər”

16.07.2018 , 10:36

DÇ-2018-in finalında Fransaya 2:4 hesabı ilə məğlub olaraq, turniri 2-ci yerdə tamamlayan Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç açıqlama verib.

Daliç penaltidən buraxılan qola üzüldüyünü deyib:

“Futbolçularıma başlarını dik tutmalarını bildirdim. Onlar vətənə başıuca qayıda bilərlər. Futbolda uduzmaq da olar, ona görə məyus olmağa dəyməz. Oyuna sürətli başladıq və nəzarət bizdə idi. Təəssüf qol buraxan tərəf biz olduq. Qol buraxsaq da, hücumlarımıza ara vermədik və hesabı bərabərləşdirdik. Hakimlərlə bağlı danışmağı sevmirəm, amma dünya çempionatının finalında belə penalti verməzlər. Fransanın qələbəsinə kölgə salmaq olmaz. Dünya çempionatının ən yaxşı oyunu oldu. Biz layiqli oyun nümayiş etdirdik. Fransanı təbrik edirəm”.

Son yazılar

Yuxarı