Zlatko Daliç: “Bu oyunda çox yaxşı idik”
07.09.2019 , 18:36

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasıyla qarşıdakı oyunla bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, mütəxəssis sentyabrın 9-u Bakıdakı matçda diqqətli olmalarının vacib olduğunu söyləyib:
“Daha öncə demişdim ki, 15 xala ehtiyacımız var. Ümid edirəm ki, bunu əldə edəcəyik. Səfərdə Azərbaycan və Splitdə Macarıstanı məğlub etsək, bu, reallaşacaq. Özümüzü mütəmadi olaraq, göstərmək məcburiyyətindəyik. Bu oyunda çox yaxşı idik. Həmişə belə olmalıyıq”.
