Zlatanın forma nömrəsi müəyyənləşdi
02.01.2020 , 21:56

“Milan”ın yeni transferi Zlatan İbrahimoviç forma nömrəsini seçib.
Korner.az xəbər verir ki, o, 21 nömrəli formada çıxış edəcək.
Hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Buna görə futbolçu 3,5 milyon avro qazanacaq.
