Zlatan İbrahimoviçin oğlu Maksimilian “Milan”da debüt edə bilər
17.12.2025 , 16:12
Zlatan İbrahimoviçin oğlu Maksimilian sabah “Milan”ın əsas komandasında ilk oyununa çıxa bilər.
Korner.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi İtaliya Superkubokunda “Napoli”yə qarşı keçiriləcək matçın heyətinə salınıb.
“Milan”ın gənclər komandasında çıxış edən Maksimilianla yanaşı, 20 yaşlı Matteo Dutu və 17 yaşlı Valeri Vladimirov da əsas komandaya dəvət alıblar.
Qeyd edək ki, dekabrın 18-də baş tutacaq “Milan” – “Napoli” yarımfinal görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.