“Bordo”ya 2:3 hesablı məğlubiyyətdən sonra hakimlərin ünvanına kəskin sözlər işlədən PSJ-nin hücumçusu Zlatan İbrahimoviç sözlərinin təhrif olunduğunu deyib.
Korner.az-ın məlumatına görə, Fransa dövlətini və fransızları təhqir etmədiyini bir daha vurğulayan Zlatan bununla belə üzr istəməyə hazır olduğunu bildirib.
“Mənim sözlərim Fransa xalqına ünvanlanmamışdı. Kimsə əksini düşünürsə, deməli, məni düzgün başa düşməyib. Ancaq mən onlardan üzr istəməyə hazıram. Üzr istəmək problem deyil, mən şərəfli insanam. Mən mənə hörmət edən hər kəsə hörmətlə yanaşmışam. Fransada məni çox xoş qarşıladılar və Parisdə keçirdiyim hər gün gözəldir”, – deyə isveçli futbolçu söyləyib.
