“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç Stokholmda ucaldılacaq heykəlinin maketini fotosunu yayıb.
Korner.az-ın məlumatına görə, o, fotonun altında yazdığı şərhlə yenidən diqqətləri özünə cəlb etməyi bacarıb.
“Nyu-Yorka gedəndə siz “Azadlıq” abidəsini görürsünüz. İsveçə gələndə isə Zlatanın heykəlini görəcəksiniz”, – deyə forvard instaqram hesabının paylaşımında yazıb.
