Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 29-cu turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Helmond Sport”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Əzizov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Den Boş” hazırda 38 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.
