“Zirə” heyətini 4 futbolçu ilə gücləndirdi – Rəsmi
18.07.2020 , 16:09
“Zirə” yeni futbolçularla müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, klub bu barədə “facebook” səhifəsində paylaşım edib.
Bildirilir ki, Rəşad Sadıqovun baş məşqçi təyin olunduğu komanda Klesio Bauk, Rəşad Eyyubov və Kərim Diniyevlə bir, Sərtan Taşqınla isə iki illik müqavilə imzalayıb.