Cüdo üzrə yeniyetmələrin ölkə birinciliyinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, dekabrın 3-də start götürüb, 3 gün davam edən yarış “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilib.
Birincilikdə “Zirvə” İdman Klubunun cüdoçusu da çıxış edib. “İsmayıllı-Zirvə” Klubunun təmsilçisi olan Abdullayeva Nərmin 2000-ci il təvəllüdlü qızların yarışında iştirak edib. O, 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
