“Zirvə” Beynəlxalq İdman Klubunun uğurları davam edir.
Korner.az-ın məlumatına görə, daha bir xoş xəbər Türkiyədən gəlib.
“Zirve İnternational Sport Clubs” ailəsinin üzvü – “Ankara Tuzgölü-Zirvə” İdman Klubu bu gün başa çatan gənclər arasında klubların Türkiyə çempionatında çempion olub. 23-26 aprel tarixləri arasında Konya şəhərindəki “100-cü il” İdman salonunda keçirilən yarışında, qardaş ölkənin 32 bölgəsindən, 64 klubdan 326 kişi və 136 qadın olmaqla toplam 462 ağır atlet iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Ankara Tuzgölü-Zirvə” klubu 165 xalla çempion olub. Emrah və Yasin Arslan qardaşlarının rəhbərlik etdiyi komanda ən yaxın rəqibini 4 xal qabaqlayıb.
Körpücük üzərinə çıxan 7 gənc atletimizdən üçün fəxri kürsüyə qalxaraq qələbədə vacib rol oynayıblar. Onlardan ikisi – 53 kq çəki dərəcəsində Gamze Yayla 156 kq (72+84) və 75 kq çəki dərəcəsində Zeynep Atakan 196 kq (85+111) nəticə ilə bütün rəqiblərini üstələyərk qızıl medal qazanıblar. 69 kq çəki dərəcəsində çıxış edən Büşra Nur Dalmızrak 163 kq (78+85) nəticə ilə ikinci olub.
