Zirkze “Roma”ya keçə bilər
10.10.2025 , 23:15
Niderlandlı hücumçu Coşua Zirkze qış transfer pəncərəsində İtaliyaya qayıda bilər.
Korner.az xəbər verir ki, “Roma”nın baş məşqçisi Can Pyerro Qasperini uzun müddətdir Zirkze ilə işləmək istəyir.
Hazırda “Mançester Yunayted”in heyətində çıxış edən futbolçu az oyun vaxtı almasından narazıdır və bu səbəbdən dünya çempionatını əldən verməkdən ehtiyat edir. O, artıq agentinə yeni komanda tapmaq göstərişi verib.
Qeyd edək ki, Zirkze ilə həmçinin “Vest Hem” və “Everton” klubları da maraqlanır.