big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Zirə”nin “Keşlə” ilə 17-ci görüşü

26.09.2019 , 17:18

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Korner.az xəbər verir ki, “Qartallar” VI turun matçında “Keşlə” ilə üz-üzə gələcək. Bu, iki komanda arasında 17-ci matç olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər son dörd çempionatın hərəsində 4 dəfə qarşılaşıblar. Bu görüşlərdə komandalar hərəyə 4 dəfə qalib gəliblər. 8 matç isə heç-heçə başa çatıb. “Keşlə” “Zirə”nin ən çox sülhlə ayrıldığı klubdur.

Qarşılaşmaların yarısı heç-heçə bitsə də, son üç oyunda tərəflərdən biri üç xal əldə edib. 2019-cu ilə təsadüf edən hər iki matçda “Zirə” qələbə qazanıb. Qəsəbə klubu bu görüşlərdə iki top fərqilə qalib gəlib. “Qartallar”ın bombardiri Xulio Sezar Rodriges bu rəqiblər oyunları qolsuz tərk etməyib.

Paraqvaylı “Keşlə” ilə qarşılaşmalarda ən çox qol vuran oyunçudur. O, üç dəfə fərqlənib. Yovan Krneta və Milan Duriç iki dəfə rəqib qapısına yol tapıb. “Zirə” arxada qalan 16 matçın top fərqində üstünlüyə malikdir – 17:15.

“Keşlə”nin meydanında 9-cu dəfə qonaq olacaq “Qartallar” səfərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib meydanında 7 top vuran “Zirə” eyni sayda qol buraxıb.

Son yazılar

To Top