“Zirə”dən yeni transfer – Rəsmi
19.01.2021 , 16:21
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Nemanya Andelkoviçlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
Serbiyalı futbolçu daha əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.