“Zirə”dən yeni transfer – Rəsmi
30.07.2020 , 10:42
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Lazar Corceviçi transfer edib. 28 yaşlı serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lazar Corceviç daha əvvəl ölkəsinin “Palilulaç”, “Voyvodina”, “Radinçki”, Şimali Makedoniyanın “Sileks”, Slovakiyanın “Koşitse”, “Jeleziarne Podbrezova” və Çexiyanın “Karvina” klublarnda çıxış edib.