“Zirə” növbəti transferini reallaşdırıb. Paytaxt təmsilçisi Kamal Mirzəyevi heyətinə cəlb edib.
23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə bağlanılıb. Onun sonuncu klubu “Sumqayıt” olub. Mirzəyev daha əvvəl “Qəbələ” və AZAL-da da çıxış edib.
Qeyd edək ki, “Zirə” daha əvvəl müdafiəçi İlkin Qırtımovu da transfer edib.