“Zirə”dən ayrılan futbolçu Braziliya klubunda
28.01.2021 , 15:53
“Zirə”dən ayrılan Kayo Rangelin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.
O, Paulista liqasında mübarizə aparan “Santo Andre” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu ötən ilin yayından “Zirə”də çıxış edirdi.