“Zirə” legioneri ilə yolları ayırdı
29.01.2021 , 19:06
“Zirə” müdafiəçisi Ali Sesayla yollarını ayırıb.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun saytı məlumat yayıb.
Syerra-Leone millisinin üzvü 2020-ci ilin yanvarından “qartallar”da çıxış edirdi. O, bu mövsüm 3 oyunda meydana çıxıb.