“Zirə”yə şad xəbər: zədəli futbolçu məşqlərə başladı
30.11.2018 , 12:16

Topaz Premyer Liqasının 13-cü turunda “Qəbələ”nin qonağı olacaq “Zirə” matçın hazırlıqlarını davam etdirir.
“Qartallar”ın zədəlisi Vüqar Mustafayev məşqlərə başlayıb. Çempionatın 6-cı turunda “Sumqayıt”la qarşılaşmada (0:1) zədələnən 24 yaşlı yarımmüdafiəçi məşqləri bərpa edib. O, qış fasiləsindən sonra yaşıl meydanlara dönəcək.
“Qəbələ” – “Zirə” matçı dekabrın 2-si, Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 17:00-da səslənəcək.
