“Zirə”yə jurnalistlərə görə xəbərdarlıq edildi
03.11.2022 , 14:46

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Səbail” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Kəpəz” – “Səbail” oyununda qonaq komandanın futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” – “Neftçi” oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” kluba xəbərdalıq edilib.
“Şamaxı” – “Qarabağ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödəniləcək.
“Sabah” – “Qəbələ” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimə olunub.
“Sabah” – “Qəbələ” oyununda “Sabah” və “Qəbələ” klublarının azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” klubları ayrı – ayrılıqda 4000 manat cərimə olunub.
“Sabah” – “Qəbələ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunub.
“Sabah” – “Qəbələ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan “Qəbələ” klubu tərəfindən tam ödəniləcək.
