“Zirə”nin yubiley qolu
20.08.2018 , 14:28

“Keşlə” ilə Topaz Premyer Liqasının 2-ci turunun qarşılaşmasında rəqib qapısına yol tapan Pərdis Fərcad-Azad “Zirə”nin yubiley qoluna imza atıb.
Matçda ikinci qolun müəllifi olan 30 yaşlı yarımmüdafiəçi klubun 100-cü ev qolunun müəllifi olub. Bu matçadək öz meydanında 67 oyun keçirən “qartallar” 98 dəfə fərqlənmişdi. 68-ci görüş 100-cü qol üçün yetərli olub.
Bu toplardan 65-i Premyer Liqa, 28-i Birinci divizion, 5-i Azərbaycan kuboku, 2-si UEFA Avropa Liqasına təsadüf edib.
