“Zirə”nin yeni üzvləri
15.02.2022 , 11:14

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyununda “Zirə”nin heyətində üç debüt gerçəkləşib.
Korner.az-ın məlumatına görə, müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçilər Ahmed Ayzaya ilə Samir Ağayev komandanın heyətində ilk dəfə rəsmi matçda meydana çıxıb.
Qeyd edək ki, 3:1 hesabı ilə (ilk oyun 4:0) qalib gələn “Zirə” yarımfinala yüksəlib.
