“Zirə”nin yeni transferi
17.07.2019 , 18:55

“Zirə” yay transfer pəncərəsində heyətini yebi bir futbolçu ilə gücləndirib.
Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki,paytaxt klubu Anastasios Papazoğlunu transfer edib.Müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
Yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos”(Yunanıstan), “APOEL”(Kipr), “Xanti”(Yunanıstan), “Panetolikos”(Yunanıstan), “Apollon”(Yunanıstan) və “OFİ” (Yunanıstan) klublarında çıxış edib.
