“Zirə”nin yeni rekordçusu
26.10.2020 , 16:47

“Zirə”nin futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasında debüt edib.
Korner.az xəbər verir ki, O, VII turun “Qarabağ”la ev oyununda (0:0) meydana çıxıb. Start heyətində şans qazanan müdafiəçi qarşılaşmada 90 dəqiqə iştirak edib.
Cəlal “Zirə”nin tarixində Premyer Liqada meydana çıxan ən gənc futbolçudu. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda imza atıb. Buna qədər rekord 19 yaş 4 ay 12 günlüyündə Premyer Liqa görüşündə iştirak edən Rafael Məhərrəmliyə məxsus idi.
Bunadək Azərbaycan kubokunda forma geyinmiş Hüseynov klub tarixinin mütləq rekordçudu. O, 16 yaş 11 ay 1 günlüyündə rəsmi matça çıxıb.
