Ölkə futbolu

“Zirə”nin yeni baş məşqçisi müəyyənləşdi – Rəsmi

09.10.2019 , 16:33

“Zirə” klubunun yeni baş məşqçisi məlum olub.

Korner.az klubun saytına istinadən xəbər verir ki, “qartallar”ın baş məşqçisi Zaur Həşimov olacaq. Bu gün klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub.

Zaur Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Zaur Həşimov daha əvvəl – 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər “Zirə”də əsas komandanın məşqçilər korpusunda yer alıb.

Həşimov bundan əvvəl “Qəbələ”də köməkçi məşqçi kimi işləyirdi.

Son yazılar

Yuxarı