Futbol

“Zirə”nin Türkiyədə son günü

23.01.2017 , 12:00

“Zirə” Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını başa vurub.

Korner.az-ın məlumatına görə, komanda qardaş ölkədəki son məşqinə bu gün səhər çıxıb. “Qartallar” dünən yoxlama oyunu keçirdiyi üçün, bu günkü məşq bərpa xarakteri daşıyıb. Baş məşqçi Ayxan Abbasov futbolçuları “Lokomotiv”lə oyunda forma geydikləri zamana görə iki qrupa ayırıb.

Türkiyədə iki yoxlama oyunu keçirən “qartallar” bu axşam vətənə dönəcək.

Son yazılar

Yuxarı