“Zirə”nin Türkiyədə ikinci heç-heçəsi
23.07.2018 , 19:45

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb
Ayxan Abbasovun komandası yerli “Giresunspor”la qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayan və “Fənərbaxça”nın Topuk yaylasında yerləşən bazasının meydançasında oynanılan qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, “Zirə” bundan əvvəl keçirdiyi yoxlama oyununda Qətərin “Əl-Xaritiyah” klubu ilə də bərabərə qalmışdı – 1:1.
