“Zirə”nin Türkiyə toplanışı ləğv edildi
18.07.2021 , 11:47

“Zirə”nin Türkiyə toplanışı ləğv edilib.
Korner.az xəbər verir ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVID-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdı. Məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilir ki, baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. “Zirə” məşqlərini ölkə daxilində davam etdirəcək.
