“Zirə”nin “Sumqayıt”la 20-ci dueli
15.10.2020 , 16:40

Azərbaycan Premyer Liqasının IV turunda “Zirə” “Sumqayıt”la üz-üzə gələcək.
Korner.az xəbər verir ki, çempionatın lideri olan “qartallar” səfər matçına çıxacaq. Oktyabrın 18-də keçiriləcək oyun iki rəqib arasında 20-ci qarşılaşma olacaq.
İndiyədək “Zirə” Premyer Liqada 19 dəfə “Sumqayıt”la üz-üzə gəlib. Böyük üstünlüyə malik olan komanda 10 qələbə qazanıb və 4 heç-heçə edib. 5 dəfə uduzan “qartallar” top fərqində də öndədir. Rəqib qapısına 26 qol vuran komanda 17 top buraxıb. Səfərdə keçirilən 10 görüşdə 4 dəfə qalib olan “Zirə” rəqib meydanında eyni sayda məğlubiyyət alıb. 2 dəfə sülhlə ayrılan rəqiblərin matçlarında 10 qol vuran “qartallar” 9 top buraxıb.
Qeyd edək ki, oktyabrın 18-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Zirə” matçı saat 16:00-da başlayacaq.
