“Zirə”nin son oyunu
26.01.2019 , 11:08

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama matçına çıxacaq.
Rəqib Rusiya birinci divizion təmsilçisi “Tambov” olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Tambov” hazırda birinci divizionda 47 xalla liderdir.
Qeyd edək ki, “Zirə”bundan əvvəlki yoxlama oyunlarında Rumıniya “Voluntari”sinə 1:0 hesabı ilə qalib gəlib, Macarıstan “Paksi”sinə qalib gəlib – 1:0.
26 yanvar
18:00. “Zirə” – “Tambov” (Rusiya)
