“Zirə”nin sabiq futbolçusu Vüqar Nadirovun komandasına keçdi
08.01.2019 , 13:35

Region Liqasında II dövrə hazırlıqlarını davam etdirən “FC Baku” klubu heyətini gücləndirib. Paytaxt klubu Aleksandr Şemonayev ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi “Simurq”, “Xəzər Lənkəran” və “Zirə” kimi klublarda çıxış edib.
Qeyd edək ki, millimizin sabiq üzvü Vüqar Nadirov “FC Baku”da çıxış edir.
