“Zirə”nin “Sabah”la 12-ci dueli
18.09.2021 , 12:54

Həftəsonu Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç bu komandalar arasında Premyer Liqada 12-ci olacaq.
Bu günə kimi keçirilmiş görüşlərdən 5-də “Sabah”, 3-də “Zirə” qalib gəlib, 3 qarşılaşma isə heç-heçə başa çatıb (top fərqi 15-13). Səfərdə keçirilmiş oyunlarda da “Sabah”ın üstünlüyü var. Bu görüşlərin 3-də “Sabah”, 1-də “Zirə” qalib gəlib, 2 matç isə heç-heçə nəticələnib (top fərqi 9-5).
“Zirə” – “Sabah” oyunu bu gün saat 19:15-də keçiriləcək.
