“Zirə”nin qış planı
20.12.2022 , 11:29

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Korner.az xəbər verir ki, Yanvarın 2-də Antalyada bir araya gələcək “Zirə” burada “İC Green Palace” otelində məskunlaşacaq. “Qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Qartallar” yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanım “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.
