Vüqar Astanov “Zirə” klubunun prezidenti vəzifəsindən ayrılıb.
Korner.az-ın klub saytına istinadən verdiyi məlumata görə, təsisçilərinə müraciət edən V. Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib.
“Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.
