“Zirə” Rumıniya klubuna qalib gəldi
16.01.2020 , 18:26

“Zirə” bu gün Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Zaur Həşimovun komandası Rumıniyanın “Sepsi” klubu ilə qarşılaşıb. Matç “qartallar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə” ilk yoxlama görüşündə Türkiyə təmsilçisi “Ümraniyəspor”a 0:3 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
16 yanvar
“Zirə” – “Sepsi”(Rumıniya) – 2:0
Qollar: R.Qadze, 1; 5.
