“Zirə”nin növbəti transferi
16.07.2019 , 17:17

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az klubun saytına istinadən xəbər verir ki,”Zirə” Soni Norde ilə anlaşıb.Hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
Futbolçu bundan öncə “Boka Xuniors B”(Argentina), “San Luis B”(Meksika), “Altamira”(Meksika), “SRKC”(Banqladeş), “Mohun Baqan”və “Mumbay Siti”(hər ikisi Hindistan) klublarında çıxış edib.
