“Zirə”dən heç-heçə
20.01.2022 , 19:00

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda Polşanın “Qurnik” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə bitib. “Zirə”nin heyətində Təmkin Xəlilzadə və İlkin Muradov fərqlənib.
“Zirə” ilk yoxlama görüşündə Macarıstanın “Peç” 3:5 hesabı ilə uduzmuşdu.
17:00 “Zirə” – “Qurnik” – 2:2
