Topaz Premyer Liqasının XXV turunda “Zirə” evdə “Qarabağ”a 1:2 hesabıyla məğlub oldu. Qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov cəzalı olduğundan, oyunsonrası mətbuat konfransında onu köməkçisi Elnur Çodarov əvəz edib.
Çodarov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib.
– Oyun pis alınmadı. Futbolçularımız yaxşı mübarizə apardılar. Lakin bəzi oyunçularımızın ustalıq səviyyəsi çatmadı. “Qarabağ”a qarşı oyunlarımız həmişə uğursuz alınır. Bu gün qalib gəlmək istəyirdik. Oyunumuz pis alınmadı. Hücumda çoxala bilirdik. Lakin dediyim kimi, bu oyunda qalib gəlmək üçün ustalıq səviyyəmiz çatmadı.
– Sadio Tonkaranın oynamamasının səbəbi nə idi?
– Onun zədəsi var. Buna görə şans vermədik.
