“Zirə”nin legioneri milliyə çağırıldı
27.10.2020 , 18:02

“Zirə”nin futbolçusu Klesio Bauk Mozambik millisinə çağırılıb.
Korner.az xəbər verir ki, baş məşqçi Luis Qonsalveşin Afrika Millətlər Kubokunda Kamerunla oyun üçün dəvət göndərdiyi 23 futbolçu sırasında 26 yaşlı hücummeylli yarımmüdafiəçinin də adı yer alıb.
Mozambik yığması Kamerunla 12 və 16 noyabr tarixlərində iki oyun keçirəcək.
