“Zirə”nin ilk sınağı
18.01.2019 , 15:32

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama görüşünü keçirəcək.
Bakıətrafı qəsəbə təmsilçisi Rumıniyanın “Voluntari” kluub ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 17:00-da başlayacaq.
“Zirə”nin yanvarın 15-də güclü yağış səbəbindən “Taraz”la (Qazaxıstan) oyunu ləğv edilmişdi.
Qeyd edək ki, Samir Abasovun komandası Antalya toplanışı çərçivəsində Ukraynanın “Vorskla” (23 yanvar) və Makedoniyanın “Şkupi” (26 yanvar) klubları ilı yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
18 yanvar
17:00. “Zirə” – “Voluntari” (Rumıniya)
