“Zirə”nin futbolçusu üçün mövsüm bitdi
05.12.2024 , 14:31
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Sumqayıt”la oyununda zədələnərək meydanı tərk edən “Zirə”nin futbolçusu Rafael Utziq cari ili başa vurub.
Korner.az xəbər verir ki, braziliyalı hücumçu bu ilin sonlarında ən yaxşı halda bir matçda meydana çıxa bilər.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Utziq “Sumqayıt”a qalib gəldikləri (4:1) oyunun 22-ci dəqiqəsində zədələndiyi üçün Eldar Quliyevlə əvəzlənib.