Futbol

“Zirə”nin futbolçusu üçün 73 dəqiqə

25.03.2021 , 17:52

“Zirə”nin futbolçusu Klesio Bauk Mozambik millisində Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.

Korner.az xəbər verir ki, komanda V turda səfərdə Ruanda ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Meydana start heyətdə daxil olan Bauk 73 dəqiqədə əvəzlənib.

Mozambik millisinin növbəti oyunu martın 30-da “Qarabağ”ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verdeyə qarşı olacaq.

Baukun komandası 4 xalla F qrupunda 3-cü yerdədi.

Son yazılar

Yuxarı