“Zirə”nin futbolçusu U-21-ə qoşuldu
15.11.2021 , 10:22

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 16-da, saat 20:00-da, 8-ci km stadionunda Norveç komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət edilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
“Zirə” klubunun üzvü Cəlal Hüseynov hazırlıq prosesinə qoşulub.
