“Zirə”nin futbolçusu şikayət etdi: “5 qol vurmuşam, amma…”
16.04.2019 , 18:08

Topaz Premyer Liqasının 24-cü turunda “Sumqayıt” ilə görüşdə fərqlənən “Zirə” klubunun futbolçusu Xulio Sezar Rodriqes jurnalistlərin suallarını cavablandırarkən maraqlı məqama toxunub.
Paraqvaylı yarımmüdafiəçi qollarının sayının rəsmi olaraq 4 kimi göstərilməsindən şikayət edib.
“Mən “Zirə” klubunun heyətində rəsmi olaraq 5 qol vurmuşam. Lakin bu rəqəm 4 kimi göstərilir. Çox istərdim ki, buna dəyişiklik edilsin”.
Qeyd edək ki, Xulio Sezar Rodriqes “Zirə” klubunun heyətində 9 görüşə çıxıb və rəsmi olaraq 4 qola imza atıb.
