“Zirə”nin futbolçusu oynadı, Gürcüstan qalib gəldi
06.06.2025 , 11:30

“Zirə”nin futbolçusu Davit Volkov Gürcüstan millisində oyuna çıxıb.
Korner.az xəbər verir ki, Villi Sanyolun çalışdırdığı komanda Farer adaları ilə yoldaşlıq matçında üz-üzə gəlib.
Tbilisidəki “Dinamo Arena”da keçirilən görüş gürcülərin qələbəsi ilə başa çayıb – 1:0. Oyunda yeganə qolu 9-cu dəqiqədə Luka Lokoşvili vurub.
Davit Volkov isə 64-cü dəqiqədə meydana daxil olub
