“Zirə” Topaz Premyer Liqanın 14-cü turunda “Səbail”lə keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.
Komandanın aparıcı oyunçularından olan Təmkin Xəlilzadə cəzalı durumuna düşdüyündən bu görüşü buraxacaq.
Yarımmüdafiəçi dünən “Qarabağ”la oyununda cəzalanaraq sarı vərəqə limitini doldurdub.
Qeyd edək ki, “Səbail” – “Zirə” oyunu dekabrın 3-də keçiriləcək.
