Futbol

“Zirə”nin futbolçusu 4 ay oynamayacaq

07.12.2021 , 14:45

“Zirə”nin Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ” ilə oyunda zədələnən futbolçusu Nemanya Ancelkoviçin durumuna aydınlıq gəlib.

Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb. Serbiyalı oyunçu gələn il ölkəsində əməliyyat olunacaq. Onun 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlayacağı ehtimal olunur.

Qeyd edək ki, sözügedən qarşılaşma “Zirə”nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Son yazılar

Yuxarı