“Zirə”nin ev oyunları bu stadionda keçiriləcək
06.03.2024 , 15:44

“Zirə” Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində “Kəpəz”i Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd olunub ki, klubun rəsmi müraciəti, eləcə də stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq bu qərar verilib.
Hazırda Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparılır.
“Zirə” FK Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İK stadionuna qayıdacaq.
Matç martın 16-da baş tutacaq.
