“Zirə”nin də hazırlıq planı məlum oldu
27.12.2020 , 18:35

“Zirə”nin qış hazırlıq planı bəlli olub.
Korner.az xəbər verir ki, komanda yanvarın 2-də hazırlığa start verəcək. Yanvarın 4-dən 14-dək təlim-məşq toplanışı keçəcək “qartallar” bu müddətdə 2 yoxlama oyunu keçirəcək. “Zirə” yanvarın 10-da “Sumqayıt”, 14-də isə “Qarabağ”la üz-üzə gələcək.
Qeyd edək ki, komanda yanvarın 21-də Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək.
