“Zirə” – “Astra” cütünün Avropa Liqasının üçüncü mərhələsindəki mümkün rəqibi “Aleksandriya”nın baş məşqçisi Vladimir Şaran açıqlama verib.
Mütəxəssis “Astra”nı favorit hesab etdiyini açıqlayıb:
“Portuqaliyanın “Maritimu” komandasına rəqib olmaq istəməzdim. Püşkü normal hesab edirəm. Potensial rəqiblərimiz arasında “Astra” favoritdir. Çünki onlar ilk matçda 3:1 hesabı ilə qalib gəliblər. Ancaq “Zirə”ni də siyahıdan silmək olmaz. Azərbaycan klubu ilk görüşdə məğlub olsa da, onların hələ də növbəti mərhələyə çıxmaq şansı var”.
