“Zirə”dən yubiley qələbəsi
27.08.2019 , 18:38

“Zirə” Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.
Korner.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bu, mövsümün II turuna təsadüf edib. Yeni mövsümdə ilk dəfə doğma divarlar arasında oynayan “Qartallar” “Neftçi”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Komanda öz meydanında keçirdiyi 61-ci matçında “30”a çatıb. “Zirə” yüksək dəstədə debüt etdiyi 2015/16 mövsümündə 12, növbəti çempionatda yeddi dəfə qonaqları xalsız qoyub. 2017/18 mövsümündə altı, ötən yarışda 4 qələbəsi olan “Qartallar” evdəki otuz uğurundan beşincisini indiki baş məşqçisi Samir Abasovla qazanıb.
“Zirə”nin Premyer Liqada əlamətdar ev qələbələri:
1-ci. 09.08.2015. Zirə – AZAL – 1:0
10-cu. 20.03.2016. Zirə – AZAL – 4:2
20-ci. 13.08.2017. Zirə – Səbail – 2:1
30-cu. 26.08.2019. Zirə – Neftçi – 1:0
